V. İ. Lenin abidəsi (Rostov-na-Donu)

V. İ. Lenin abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Vladimir İliç Leninin şərəfinə ucaldılmışdır. Abidə Dobornaya meydanında ucaldılmışdır. V. İ. Lenin abidəsi 1929-cu ildə Bolşoy Sadovnya küçəsində quraşdırılmışdır. 1960-cı ildə Jeleznodarojnu rayonunun vaqon deposu ərazisində Leninə bir abidə ucaldılmışdır. Digər bir abidə isə 1963-cü ildə Lenin meydanınfa quraşdırılmışdır. Bu seriya abidələrdən biri isə Qvardiya meydanı, Dəri zavodu ərazisində yerləşir. Rostovda yerləşən Leninə aid iki abidə dövlət qorunmasına alınmışdır[1].

V. İ. Lenin abidəsi
Xəritə
Ölkə Rusiya
Yerləşir Rostov-na-Donu
Memarlıq üslubu monumental heykəltaraşlıq
Material bürünc

Qorki adına parkın girişində yerləşən Lenin abidəsi

[redaktə | mənbəni redaktə et]

47°13′16″ şm. e. 39°42′36″ ş. u.

Rostov-na-Donu şəhərində Vladimir İoiç Leninə qoyulmuş ilk abidə Bolşoy Sadovnaya küçəsində 1929-cu ildə Maksim Qorki adına parkın girişində qoyulmuşdur. Abidənin müəllifi heykəltaraş Qeorqi Vasileviç Nerado və arxitektor P. N. Andreev olmuşdur. Böyük Vətən müharibəsi dönəmində abidə dağıdılmışdır. 1970-ci ildı isə abidə yenidən bərpa edilmişdir.

Abidə bürüncdən ibarət olsa da altlığı qranitdən ibarətdir. Heykəltəraş Neroda Lenini nitq söyləyərkən təsvir edilmişdir. Onun sağ əli irəliyə istiqamətlənmişdir. Burada dünya proletarlarının liderini göstərməyə çalışmışlar. Sanki abidə küləyin əksi istiqamətdə təsvir edilmişdir.[2] Abidə regional mədəni urs siyahısına daxildir[3].

Lenin meydanındakı abidə

[redaktə | mənbəni redaktə et]

47°15′00″ şm. e. 39°42′43″ ş. u. 1963-cü ildə Lenin abidəsi Oktyabrski rayonunun meydanında quraşdırılmışdır. Abidənin nüəllifi İsaak Davidoviç Brodski olmuşdur.

  1. Валерий Иванов. "Кто помоет памятники?". rostov.mk.ru. 2013-01-16. 2013-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  2. "Биография Г. В. Нероды". skulptura-neroda.ru. 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.
  3. "г. Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". donland.ru. 2018-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-07.