V. İ. Leninin büstü — Vladimir İliç Leninin şərəfinə ucaldılmış büst. Abidə 1978-ci ildə Taqanroq şəhər administrasiyasının qarşısında ucaldılmışdır.
V. İ. Leninin büstü | |
---|---|
Ölkə | Rusiya |
Yerləşir | Taqanroq |
Memarlıq üslubu | monumental heykəltaraşlıq |
Tikilib | 1978 |
Leninin büstü Taqanroq şəhər administrasiyasının binası qarşısında, Petrovskaya küçəsi ev 73 ünvanında yerləşir. Abidə 1978-ci ildə ucaldılmışdır[1]. Abidəni hazırlayanlar: heykəltaraş Boris Alekseyeviç Plenkin, mühənis S. Çerkovnikov.
17 dekabr 2013-cü ildə arxirektura komitəsi şəhər administrasiya binası qarşısında, Petrovskaya küçəsi, ev 73 ünvanında abidənin ucaldılması barədə qərar qəbul edilmişdir[2][3][4].
2014-cü ilin fevralında şəhər tikinti soveti və baş arxitektor Olqa Nikolaevna Şerbakova şəhər administrasiya binası qarşısında yebi abidənin ucaldılması barədə qərar qəbul etmişdir[5]. Bu səbəbdən Leninə ucaldılmış büstün taleyi müəmmalı olaraq qalırdı[6].
2014-cü ildə taqanroqlular şəhər administrasiyasının Lenin büstünün postsmentində apardığı təmirdən heyrətə gəlmişdir[7]. Postamentin mərmər lövhələri skotç vastəsi ilə postamentə bərkidilmişdir[8]. Bu isə şəhər administrasiyasının laqeyd münasibətinin bariz nümuməsidir.