Vabi-Sabi

Vabi-Sabi estetikasını əks etdirən yapon çay evi

Vabi-Sabi (yap. 侘 寂) — ənənəvi Yapon estetikasında keçici olanın və qeyri-mükəmməlliyin qəbul edilməsinə yönəlmiş bir dünya görüşüdür. Bu estetika, çox vaxt qeyri-mükəmməl, keçici və yarımçıq olanın gözəlliyi kimi təsvir olunur. Vabi-sabinin tarixi Buddizm fəlsəfəsi ilə sıx bağlı olub onun müvəqqəti, qeyri-mükəmməl, və qeyri-təbii xüsusiyyətlərlə barışıb onları qəbul etməmizi tövsiyə etməsinə əsaslanır.

Vabi-Sabi estetikasının xarakteristikalarına asimmetriya, kələ-kötürlük, sadəlik, qənaətcillik, təvazökarlıq, yaxınlıq və təbii cisim və proseslərin bütövlüyünün qiymətləndirilməsi daxildir.

Vabi-Sabi Çay Qabı

Leonard Korenin fikrincə, vabi-sabi "ənənəvi yapon gözəlliyi haqqındakı təsəvvürümüzün ən aydın və xarakterik xüsusiyyəti kimi təsvir edilə bilər. Yapon estetik dəyərləri panteonunda o, qərbdə yunan gözəllik və mükəmməllik idealları ilə, demək olar ki, eyni mövqedədir.[1] Andrey Cuniper isə qeyd edir ki, "Bir şey və ya ifadə içimizdə sakit bir melanxoliya hissini və ruhani bir arzunu canlandıra bilərsə, o obyektin vabi-sabi olduğu söylənilə bilər."[2] Riçard Pouell üçün "Vabi-sabi üç sadə gerçəyi bizə tanıtmaqla bu həqiqətləri işıqlandırır: heç bir şey daimi deyil, heç bir şey bitmir və heç bir şey mükəmməl deyil. "[3]

Vabi və Sabi sözləri birbaşa tərcümə olunmur. Vabi əvvəllər cəmiyyətdən uzaq, təbiətdə yaşamağın təkliyinə istinad edən mənanı kəsb edirdi; sabi isə "soyuq", "arıq" və ya "quru" demək idi. 14-cü əsrdə bu mənalar daha müsbət istiqamətdə dəyişməyə başladı.[1] Artıq Vabi sözü, köntöy sadəlik, təravət və ya sakitlik mənalarını birləşdirir və həm təbii, həm də insan tərəfindən hazırlanan əşyalara tətbiq edilə bilir. Sabi isə yaşla gələn gözəllik və sükunəti bildirib görünən təmir izlərinə işarə edir.

  1. 1 2 Koren, Leonard. Wabi-Sabi for Artists, Designers, Poets and Philosophers. Stone Bridge Press. 1994. ISBN 1-880656-12-4.
  2. Juniper, Andrew. Wabi Sabi: The Japanese Art of Impermanence. Tuttle Publishing. 2003. ISBN 0-8048-3482-2.
  3. Powell, Richard R. Wabi Sabi Simple. Adams Media. 2004. ISBN 1-59337-178-0.