Vagina trixomonadı

Vagina trixomonadı nisbətən iri olub, uzunluğu 15–30 mkm-dir. Bədən forması oval ya da armudvari olub qısa titrəyici membrana malikdir. Bədənin ön hissəsində kinetosomdan 4 qamçı çıxır. Kinetosomdan oval nüvəyə doğru qısa rizoplast yönəlmişdir. Kinetosoma həmçinin parazitin arxa tərəfinə doğru yönələn parabazal fibril, qısa titrəyici membran və aksostil birləşmiş olur. Sitoplazması dənəli quruluşa malikdir. Ovalşəkilli nüvə bədənin ön 1/3 hissəsində yerləşir.

Vagina trixomonadı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Vagina trixomonadı
Beynəlxalq elmi adı

İkiyə bölünmə yolu ilə çoxalır. Bölünmə zamanı kinetosom uzununa iki yerə ayrılır, hər hissədə iki qamçı qalır. Aksostil reduksiya edir. Nüvədə 4 xromosom formalaşmağa başlayır. Bir-birindən aralanmağa başlayan 2 qız kinetosom arasında əlaqə yaradan paradesmoz saplar olur. Bu zaman kinetosomların birinə tərəf köhnə titrəyici membran və parabazal fibril çəkilmiş olur. Nüvədə 4 xromosom formalaşmağa başlayır. Bu, bölünmənin profaza mərhələsinə uyğundur. İkinci qız kinetosomdan yeni titrəyici membran və bazal fibril başlanğıc götürür. Bölünmənin metafaza mərhələsində hər iki kinetosomdan yeni aksostil əmələ gəlir. Anafaza mərhələsində qız hüceyrələrdə 4 xromosomun olması aydın görünür. Bu zaman kinetosomlar bir-birindən tamam uzaqlaşır və buna müvafiq olaraq paradesmozlar uzanmış olur. Paradesmozlar və ya istinad telləri qız hüceyrələrdə müstəqil nüvələr əmələ gələnə qədər qalır. Bu zaman hər bir kinetosomadan iki qamçı çıxır və iki müstəqil orqanizm formalaşır. Sista əmələ gətirir. Parazit coğrafi yayılmasına görə kosmopolitdir.

Yoluxma yolları

[redaktə | mənbəni redaktə et]

Qadınların və kişilərin sidik-cinsiyyət yollarında yaşayır. Qadınlarda rastgəlmə 20–40%, kişilərdə isə 15%-dir. Parazitin insana yoluxması əksər hallarda cinsi əlaqə, eləcə də su vasitəsilə (hamamda, üzmə hovuzunda) baş verir. Törətdiyi xəstəliyin əsas əlaməti cinsiyyət yollarının iltihabı zamanı şiddətli ağrı, seliyin ifraz olunmasıdır. Qadınlarda bu əlamətlər kişilərə nisbətən daha aydın özünü göstərir. Tədqiqatçıların fikrincə, Trixomonas vaginalis suda 10–30 dəqiqə qaldıqda məhv olur. Xəstəliyin diaqnozu cinsiyyət yollarından ifraz olunan selikdən hazırlanmış preparatı mikroskopda yoxlamaqla müəyyən edir.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı — 2008, 839 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]