Vahab Abdullayev

Vahab Abdullayevxanəndə.

Vahab Abdullayev
Doğum tarixi
Doğum yeri Ağdaş rayonu
Vəfat tarixi

Haqqında[redaktə | mənbəni redaktə et]

Vahab Abdullayev 1875-ci ildə Ağdaş rayonunda dünyaya gəlmişdir. O, rayonun Nehrəxəlil kəndində yaşamışdır. V. Abdullayev dövrünün məşhur xanəndələrindən biri olmuşdur. O, Şirvan zonasının seçkin xanəndəsi kim ad qazanmış, toy mərasimlərini, el şənliklərini məlahətli səsi ilə urvata mindirmişdir. V. Abdullayevin iştirak etdiyi məclislər olduqca yığnaqlı keçir, onun səsini dinləmək üçün Bakıdan, digər şəhər və rayonlardan çoxlu sayda insanlar həmin məclislərdə iştirak edərdilər. Vahab Abdullayev 1931-ci ildə vəfat etmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Faiq Şükürbəyli. "Ağdaş tarixin yaddaşında-I kitab", Bakı ,2013, səh.249