Vahan dəhlizi (fars. واخان) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir[1]. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir[2]
Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir[3]. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır. Bu bölgədə həmçinin ən böyük saat ayrılığı izlənilir ( UTC+04:30 Əfqanıstan və UTC+08:00 Çin arasında)[4]. Vahan dəhlizi ərazisindən Vahan-Dərya, Pamir çayları öz başlanğıcını götürür və sonda Pənc çayına birləşirlər. Qərbi Vahan dəhlizində, Pənc çayı boyu peştu-tacik sərhədi keçir. Məhz vadinin qərbində, əyalətin mərkəzi şəhəri olan İşkasım yerləşir. Vahan dəhlizi vasitəsilə vaxtilə məşhur səyyah Marko Polo keçmişdi[5]. Bölgə əhalisinin sayı (2010) 12 min nəfərdir[6]. Böıgə əhalisinin çoxu vahanlardan və Pamir Qırğız Türklərindəndir.
Dünya xəritəsində bu ərazi Britaniya İmperiyası ilə Rusiya imperiyası arasında baş verən "Böyük oyun" nəticəsində meydana gəlmişdir. Böyük oyun bu iki güc arasında, [[Cənubi Asiya və Türküstan uğurunda gedən geosiyasi mübarizə idi. 1895-ci ildə Britaniya Hindistanı ilə rus Türküstanı arasında qoruyucu bölgəsi yaratmaq amacı ilə Vahan dəhlizi bölgəsi Əfqan əmirliyinə verildi[7]