Vahanqa (fr. Vahanga) — Tuamotu arxipelaqına, Akteon adaları qrupuna daxil olan kiçik atoll (Fransa Polineziyası).
Vahanqa adası | |
---|---|
fr. Vahanga | |
Ümumi məlumatlar | |
Sahəsi | 3,8 km² |
Əhalisi | 0 nəfər (2007-ci il) |
Yerləşməsi | |
21°19′ c. e. 136°39′ q. u.HGYO | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Atollun sahəsi 3,8 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunub. Manqareva atollundan 225 km məsafədə yerləşir. Atoll tam olaraq palma ilə örtülmüşdür.
İnzibati baxımından Qambe kommunasına daxildir.
Vahanqa ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir.
2007-ci il məlumatına görə adada yaşayış yoxdur. Bununla belə adada eniş-uçuş zolağı vardır.