Vahid Əli oğlu Əliyev (19 aprel 1969, Bakı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi (2002–2017), Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini (2012–2017).
Vahid Əliyev | |
---|---|
30 noyabr 2012 – 1 iyun 2017 | |
Əvvəlki | vəzifə təsis edlib |
Sonrakı | vəzifə ləğv edilib |
12 aprel 2002 – 1 iyun 2017 | |
Əvvəlki | Tofiq Ağahüseynov |
Sonrakı | Məhərrəm Əliyev |
1997 – 2002 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1969 (55 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu, dövlət xadimi |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1986-cı illərdə C. Naxçıvanski adına hərbi liseydə təhsil almış, daha sonra Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]
1990–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət etmiş, 1991–1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996–1997-ci illərdə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin müavini, 1997–2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəziflərində çalışmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.[1]