Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri.[1]
Vahid Axundov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 fevral 1942 (82 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
|
|
Təltifləri |
Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib.[1]
Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir.[1]
Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir.[1]
Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir.[1]
1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.[1]
Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri təyin edilib.[1]
Vahid Axundov 2012-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.[1][2]