Vahid Əliş oğlu Nəzərov — Azərbaycan Ağır Atletika Federasiyasının sabiq birinci vitse-prezidenti, milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası
Vahid Nəzərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | atlet |
O, dəfələrlə Azərbaycan çempionu tituluna sahib çıxıb. 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb. Gənc yaşlarından məşqçilik fəaliyyətinə başlayan Nəzərov 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib. Onun rəhbərliyi altında yığma 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkə prezidentinin 25 dekabr 2006-cı il dekabr sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Nəzərov 1992-ci ildən — 2010-cu ilədək Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti postunda çalışıb. 2009-cu ilin iyul ayında əsas milli komandanın baş məşqçi postundan kənarlaşdırılıb. Onun yerinə bolqarıstanlı Yanko Rusev gətirilib. Nəzərova isə gənclərdən ibarət yığmanın baş məşqçi vəzifəsi tapşırılıb.
1978-ci ildə SSRİ idman ustası olan Nəzərov Azərbaycanda ən gənc əməkdar məşqçi adına layiq görülüb.
Vahid Nəzərov 2011-ci ildə ilin ən yaxşı hakimi adına layiq görülmüşdür.