Vahid Qasımzadə

Qasımzadə Vahid Cəfər oğlu 1953-cü ildə Hamarkənd kəndində anadan olub.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.“Qismətimə nə düşübsə, bəsimdir” və “Müqəddəs Ocaq” şeirlər kitablarının, həmçinin, “Mollalılar: bir nəslin qısa tarixi” kitabının müəllifidir.

Vahid Qasımzadə
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1953-cü il
Doğum yeri Hamarkənd, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti müəllim, dövlət qulluqçusu, jurnalist, yazıçı
Dini İslam

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Qasımzadə Vahid Cəfər oğlu 3 yanvar 1953-cü ildə Hamarkənd kəndində anadan olub. Hamarkənd kənd 8 illik məktəbini bitirib, orta təhsilini Yardımlı qəsəbə Axundov adına 1 nömrəli orta məktəbdə alıb. Lənkəran Pedaqoji Texnikumununa daxil olub.

1974-ci ilə kimi Hamarkənd kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1974-1976-cı illərdə o, Estoniya Respublikasının Tallin, Latviya Respublikasının Leopaya, Leninqrad vilayətinin (Sankt-Peterburq) Kronşdat, Tatarıstanın Naberejnı Çelnı şəhərində qulluq edib. Xidmət müddətində taqım komandiri kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.

Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdıb və Hamarkənd orta məktəbində müəlim kimi fəaliyyətə başlayıb. Vahid Qasımzadə 1989-cu il dekabrın 25-də Hamarkənd XDS İcraiyyə Komitəsinin katibi vəzifəsinə seçilib.

1998-ci ilin avqust ayından Yardımlı RİH başçısının Hamarkənd İnzibati Ərazi Dairəsində nümayəndə vəzifəsinə təyin edilib.

2021-ci ilin dekabrına kimi həmin vəzifədə çalışıb. Hal-hazırda dövlət qulluğu təqaüdçüsüdür. İşlədiyi dövrdə bir neçə təltiflərə layiq görülüb. Vahid Qasımzadə 2010-cu ildə icra strukturunda göstərdiyi xüsusi xidmətlərə görə “Qanun: izah və şərhlər” qəzeti redaksiyasının fəxri diplomu ilə təltif edilib. Yardımılı Rayon İcra Hakimiyyəti başçısının 23.06.2011-ci il tarixli sərəncamı ilə Qasımzadə Vahid Cəfər oğlu Dövlət qulluğunda nümunəvi xidmətlərinə görə fəxri fərmanla təltif olunub. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 25 iyun tarixli 1553 № li Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.[1]

“Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vəsitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respulikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə xidmətin rəisi, general-mayor Arzu Rəhimov tərəfindən fəxri fərmanla da təltif edilib. Vahid Qasımzadə 2008-ci ildə Həcc ziyarətində olub. Vahid Qasımzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Onun şeirləri müxtəlif vaxtlarda “Yardımlı- mənim doğma diyarım”, “Dağlardan süzülən söz”, “Yarpaqlar”, “Dağların söz xəzinəsi” almanaxlarında, “Marş”, “Mütərcim” jurnallarında nəşr olunub. “Qismətimə nə düşübsə, bəsimdir” və “Müqəddəs Ocaq” şeirlər kitablarının, həmçinin, “Mollalılar: bir nəslin qısa tarixi” kitabının müəllifidir.

  1. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı - Qasımzadə Vahid Cəfər oğlu". e-qanun.az.