Valehedici gözəlçə

Valehedici gözəlçə (lat. Orgyia antigua) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ.

Valehedici gözəlçə
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Valehedici gözəlçə
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Birinci nəslin tırtıllarının inkişaf dövrü ağac və kol bitkilərində may ayının birinci ongünlüyündən iyun ayının üçüncü ongünlüyünədək davam edir. Onların yumurtadan çıxma dövrü 17–38 gün çəkir. Puplaşma isə iyul ayının üçüncü ongünlüyündə başlayır və bir ay davam edir. Kəpənəklərin uçuşu iyun ayının birinci və ikinci ongünlüyündən avqust ayının birinci və ikinci ongünlüyünədək davam edir. Kütləvi uçuş iyul ayının ikinci və üçüncü ongünlüyündə başlanır, 16–19 gün davam edir. Dişilər 1–2 gün, erkəklər isə 6–7 gün yaşayırlar. Hesablamalara görə, bir dişi kəpənəyin qoyduğu yumurtaların sayı 336-ya çatır. İkinci nəslin tırtıllarının inkişaf müddəti iyul ayının üçüncü ongünlüyündən avqust ayının üçüncü ongünlüyünədək, yaxud avqust ayının birinci ongünlüyündən sentyabr ayının birinci ongünlüyünədək iri yaşlı dekorativ ağaclarda davam edir. Topa halında qoyulmuş II nəslin yumurtalarından 5–10 gündən sonra tırtıllar çıxır. Puplaşma dövrü avqust ayının üçüncü ongünlüyündən oktyabr ayının birinci ongünlüyünədək davam edir. Kəpənəklərin uçuşu isə oktyabr ayının ikinci ongünlüyünədək davam edir. Yumurta mərhələsində qışlayır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Rusiya, Şərqi Avropa, Qərbi Asiya, Çin, Yaponiya, Şərqi Amerika, Azərbaycan, Qafqaz.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E. F. Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı, 2013