Valeri Brainin

Valeri Borisoviç Brainin (27 yanvar 1948, Nijniy Taqil, Sverdlovsk vilayəti) - müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi, lingvist və kulturoloq.

Valeri Brainin
Ümumi məlumatlar
Doğum tarixi 27 yanvar 1948(1948-01-27) (75 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dilçi, şair, yazıçı, musiqişünas, musiqi pedaqoqu[d], musiqi nəzəriyyəçisi, tərcüməçi, uşaq ədəbiyyatı yazıçısı

Həyatı[redaktə | mənbəni redaktə et]

Valeri Brainin Avstriya elminə və mədəniyyətinə bir çox tanınmış simalar bəxş etmiş Brayninlər ailəsinin nümayəndəsi, şair, tərcüməçi və siyasi mühacir Boris Lvoviç Braininin (ədəbi təxəllüsü: Sepp Österreicher, 1905-1996) ailəsində anadan olmuşdur. Anası Asia İl'iniçna Brainin (1919-2005) yalan mühakimələr əsasında Tobolsk şəhərinə sürgün olunmuş Passek ailəsinin nümayəndəsidir. Valeri Brainin riyaziyyat (xüsusi riyaziyyat məktəbi, qızıl medal, riyaziyyat olimpiadasının mükafatçısı), linqivistika (Pedaqoji institut, bitirməmişdir), bəstəkarlıq (musiqi məktəbi, O.A.Golovinin sinfi, fərqlənmə diplomu ilə bitirmişdir), musiqi-pedaqoji (Pedaqoji universitet, fərqlənmə diplomu ilə bitirmişdir) təhsili almışdır.

2004-cü ildən etibarən Valeri Brainin UNESCO-nun üzvü olan Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyətinin (ISME-International Society of Music Education) qolu olan Rusiya Federasiya Musiqi Təhsili Cəmiyyətinin prezidentidir. O, həmçinin Moskva Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Təhsilində Yeni Texnologiyalar Laboratoriyasıın rəhbəri, Classica Nova Beynəlxalq Musiqi Müsabiqəsinin bədii direktoru, Brainin Musiqi Məktəbləri şəbəkəsinin (Brainin-Musikschulen) bədii direktoru kimi çalışır. Avstriyada, Almaniyada, ABŞ-da, İtaliyada, Rusiyada, Kolumbiyada və digər ölkələrdə konservatoriyalarda və universitetlərdə seminarlar və ustad dərsləri keçirmişdir, Azadlıq və BBC Radiolarında mütəmadi olaraq musiqi üzrə muhazirələr təqdim etmişdir. Braininin ədəbi, tənqidi və elmi əsərləri rus, alman, ingilis və italyan dillərində işıq üzü görmüşdür. Onun musiqi əsərləri Moskvadakı nüfuzlu Böyük teatrda ifa olunmuşdu.

Valeri Brainin hal-hazırda Almaniyanın Hanover şəhərində və Moskvada yaşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]