Validə Məmmədova

Validə Məmmədova (1950, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris işləri üzrə prorektoru (2015–2021), professor (2010), Əməkdar incəsənət xadimi (2008)

Validə Məmmədova
Məmmədova Validə İmran qızı
Doğum tarixi 1950
Doğum yeri
Vətəndaşlığı
Elmi dərəcələri filologiya elmləri namizədi,dosent
Elmi adı professor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2008

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədova Validə İmran qızı 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1967-ci ildə Bakının 172 saylı orta məktəbi, 1972-ci ildə V. İ. Lenin ad. APİ-nin (indi ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.

1973-cü ildə M. Lomonosov ad. MDU-nun "Psixologiya" fakültəsində ixtisasartırma keçib.

1981–1984-cü illərdə istehsalatdan ayrılmaqla AR Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutunun aspirantı;

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1974–1976-cı illərdə Xalq Təsərrüfatı işçilərinin ali ixtisasartırma kurslarında Peşə etikası və psixologiya fənni üzrə müəllim;

1975-ci ildən bu günə qədər pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə bağlıdır.

1991–1994-cü illərdə müəllimliklə yanaşı eyni zamanda əvəzçiliklə Universitetin Elmi Şurasının katibi vəzifəsində çalışıb.

2001–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai fənlər" kafedrasının müdiri;

2010–2015-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tədris işləri üzrə prorektor;

2015–2021-ci illərdə ADMİU-da Tədris işləri üzrə prorektor;

2021-dən bu günə kimi ADMİU-nun rektor müşaviri vəzifəsində çalışır.

1988-ci ildən filologiya elmləri namizədi, 1990-cı ildən dosent, 2010-cu ildən professordur.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə "Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülüb.[1]

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1994–2015-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Azərbaycan dili və ədəbiyyatı üzrə ekspert, seminar rəhbəri

2005-ci ildən Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının üzvü;

2008-ci ildən Milli Elmlər Akademiyasının İncəsənət və memarlıq üzrə Koordinasiya Şurasının üzvü.

2015-ci ildən Təhsil Nazirliyinin ali təhsil pilləsinin səviyyələri üçün Dövlətstandartı və təhsil proqramları hazırlayan işçi qrupun üzvü; Mədəniyyət və incəsənət ixtisasları üzrə işçi qrupun sədri;

2015-ci ildən AAK-ın eksperti;

Bir monoqrafiya, ali məktəb tələbələri üçün "Müasir rus ədəbiyyatı", "Rus mühacirət ədəbiyyatı" dərsliklərinin müəllifi, "Mədəniyyət tarixi və nəzəriyyəsi" və "Beynəlxalq mədəni əlaqələr" dərsliklərinin (I və II cild) həmmüəllifidir.

Ailəlidir. Bir övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2020-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.

Mənbə[redaktə | mənbəni redaktə et]

[TƏDRİS İŞLƏRİ ÜZRƏ PROREKTOR]