Məmmədov Valid Nizami oğlu (28 iyun 1960, Bakı – 22 iyun 2010, Bakı) — Heykəltəraş.
Məmmədov Valid Nizami oğlu, 1960-cı ilin iyun ayının 28-də Bakıda məşhur diktor Nizami Məmmədovun ailəsində anadan olmuşdur. 1980-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun, heykəltaraşlıq fakultəsini bitirmişdir. 1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının aspranturasında oxumuşdur, Moskva - Rusiya (SSRİ)
1989-1992-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının Rəssamlar Emalatxanasında heykəltaraş işləmişdir. 1992-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq emalatxanasında heykəltaraş işləmişdir. 2008-2010-cu illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Əlif Sənət İstehsalları Dizayn və Tətbiqi Sənət Şirkətində Kasımpaşada ucaldılan Fateh Sultan Mehmetin Heykəli layihəsinin hazırlanması və tətbiq olunması mövzusunda iş müqaviləsi (Prof. Dr. Ömər Eldarovla birlikdə) 1983-2010-cu illərdə Rusiya (Moskva, Sankt-Peterburq), Polşa, Almaniya, Ukraynada, Londonda keçirilən müxtəlif rəssamlıq və heykəltaraşlıq sərgilərində işlərini nümayiş etdirib
2009-cu il - Bakıda və Bərdədə Azərbaycanın Müstəqilliyi uğrunda həlak olmuş şəhidlərə abidə, Bakıda, Zaqatalada, Lənkəranda dekorativ heykəl kompleksləri.
Şah İsmayıl Xətai, Masallı - Azərbaycan (2006); Zərdüşt, Yuxu, Azərbaycan, Zəvvar, Bremen məzhəkəçiləri Ankarda Masal adası uşaqlar üçün əyləncə kompleksində ucaldılan heykəllərin yaradılmasında bir qrup heykəltaraşla müştərək iştirak etmişdir. Türkiyədə ucaldılacaq layihədə olan əsərləri – Fateh Sultan Mehmet (Prof. Dr. Ömər Eldrovla birlikdə), Memar Sinan, İkar 1993–2010-cu illər - Azərbaycan Rəssamlar İttifaqı 2010-cu il iyunun 22-də Bakıda vəfat etmiş və Bakıda dəfn olunmuşdur.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |