Valyuta müdaxiləsi

Valyuta müdaxiləsi Mərkəzi Bank tərəfindən valyuta bazarında həyata keçirilən xarici valyutanın alqı-satqısı əməliyyatıdır. Mərkəzi Bank valyuta bazarında satışlar həyata keçirərkən özünün sərəncamında olan xarici valyuta ehtiyatlarından istifadə edir.[1]

Çox vaxt dünya bazarında valyuta müdaxilələri ancaq mərkəzi bank tərəfindən deyil, müxtəlif ölkələrin bir sıra bankları tərəfindən öz aralarında olan razılaşmalar əsasında həyata keçirilir.

Misal kimi “Böyük yeddiliyin” Yaponiya iqtisadiyyatına yardım etmək, onun daha rəqabətqabiliyyətli olması üçün, Yapon iyenasının məzənnəsini ABŞ dolları nisbətində aşağı salması qərarını göstərmək olar. 18 mart 2011-ci ildə baş vermiş zəlzələdən sonra, Yaponiya Bankı, Avropa Mərkəzi Bankı və ABŞ-nin Federal Ehtiyat Sisteminin razılaşdırılmış hərəkətləri nəticəsində Yapon valtyutasının qiyməti bir neçə dəqiqə ərzində 2%-dən çox azaldılmışdı.[2]

İstinadlar:[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  2. http://banker.az/dict/index.php?title=Valyuta_m%C3%BCdaxil%C9%99si_(intervensiyas%C4%B1)