Vampir həyat tərzi və ya vampir subkulturu – vampirlər haqqında müasir mədəniyyətdə yayılmış tezislər əsasında qurulan alternativ həyat tərzlərindən biridir. Vampir həyat tərzi daha çox qotik həyat tərzinin elementləri əsasında qurulsa da[1], bu cür həyat sürən insanlarda eyni zamanda sadizm subkulturasının elementləri də sezilməkdədir.
Aktiv vampirizmə qanla qidalanmaya əsaslanan[2] sanqinari vampirizm və xüsusi auraya malik olduqlarını düşünən insanların daxil olduğu psixi vampirizm daxildir.