Vanın mühasirəsi

Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir.

Van Mühasirəsi
Səfəvi-Osmanlı Müharibəsi(1548-1549)
Tarix 1548-ci il 25 avqust
Yeri Van
Nəticəsi Osmanlı İmperatorluğu, Vanı ələ keçirdi.
Münaqişə tərəfləri

Səfəvilər Dövləti

Osmanlı İmperatorluğu

Komandan(lar)

Şah I Təhmasib

I Süleyman
Üləma Paşa

Arxa plan və mühasirə[redaktə | mənbəni redaktə et]

Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi.[1][2] Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı.[3] Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. (#empty_citation)
  2. Arxivlənmiş surət. ISBN 0521200946. 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
  3. Arxivlənmiş surət. ISBN 9756782048. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.