Vanern gölü

Venern gölüİsveçdə Vastra Göteland və Varmland rayonları arasında yerləşən göl. LadoqaOneqa göllərindən sonra Avropanın ən böyük üçüncü gölüdür.

Venern gölü
Vänern
Gölün sahili
Gölün sahili
Ümumi məlumatlar
Tipi Buzlaq
Mütləq hündürlüyü 44 m
Eni 60 km
Uzunluğu
  • 140 km
Sahil uzunluğu 1.790 km
Sahəsi 5.650 km²
Həcmi 153 km³
Dərin yeri 106 m
Orta dərinliyi 27 m
Yerləşməsi
58°55′00″ şm. e. 13°30′00″ ş. u.HGYO
Ölkə  İsveç
Regionlar
  • Varmland
Rayon
  • Vastra Göteland
Ada Dyuro adaları
Venern gölü xəritədə
Venern gölü
Venern gölü
www.projektwebbar.lansstyrelsen.se
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Geoloji olaraq göl 10.000 il əvvəl buz dövrü nəticəsində əmələ gəlmişdir. Buzlar əridiyindən göl həmin dövrdəki İsveç torpaqlarında Botni körfəzi ilə Katteqat arasında boğaz funksiyasını daşıyırdı. Növbəti illərdə göl kiçildi. Göldə başqa heç bir yerdə rast gəlinməyən buz dövründən qalma növlər də yaşamaqdadır.

Gölün sahəsi 5.655 km2-dir. Dəniz səviyyəsindən 44 m yüksəklikdədir və orta dərinliyi 27 m-dir. Ən dərin yeri 106 metrdir. Gölün orta hissəsindəki Dyoro adalarına milli park statusu verilmişdir. Gölün cənub-qərbində yerləşən Kinnekulle dağı vacib turizm qaynağıdır . Yüksəkliyi 270 m olan bu dağdan bütün gölü görmək mümükündür.

Göldə yaşayan ən əhəmiyyətli balıq növü Osmerusdur. Hər ha-ya 2.600 balıq düşür. Burada yaşayan başqa balıq növü isə qızılbalıqdır, ağırlıqları 15 kq-ya çata bilir. Dünyanın ən ağır qızılbalığı da Venern gölündə tutulmuşdur. Gölün sahilində yaşayan əsas quş növü isə qağayılardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]