Vaqif İbrahim (tam adı: İbrahimov Vaqif Əliyar oğlu) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978).
Vaqif İbrahim | |
---|---|
Vaqif Əliyar oğlu İbrahim | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | avtomobil qəzası |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | şair |
Mükafatları |
Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX–XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir.
Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.
ANA VƏ KÖRPƏ
Beşik;
Yelkənli qayıq,
Doğma ev
ilk limanı.
Anadır
bu qayığın
özülü: "kapitanı"…