Vaqif Ağayev (tam adı: Vaqif İsa oğlu Ağayev; 7 may 1954, Abşeron rayonu – 19 noyabr 2011, Bakı) — rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini.
Vaqif Ağayev | |
---|---|
Vaqif İsa oğlu Ağayev | |
Doğum tarixi | |
Doğum yeri | Abşeron rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Təhsili | Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutu |
Vaqif İsa oğlu Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan olub.[1] 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunu televiziya rejissoru ixtisası üzrə bitirib.
V.Ağayev 1972-ci ildən AzTV-də çalışıb. Əməkdar incəsənət xadimi 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunun televiziya-rejissoru ixtisası üzrə bitirib. Yaradıcılıq fəaliyyətinə TV-nin "Gənclər üçün proqram" baş redaksiyasında başlayıb. "Xəbərlər" redaksiyasının "7 gün" verlişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsinin rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.
1 sentyabr 1994-cü ildən Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin bədii rəhbəri, 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Teleradio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edilib.
19 noyabr 2011-ci ildə vəfat edib
Evli idi, 4 övladı yadigar qalıb