Vaqif Fərəcov

Vaqif Nurəddin oğlu Fərəcov 1974-cü ildə Bakıda anadan olub. 20 nömrəli orta məktəbdə (1981-1991), Politexnik İnstitutunun avtomobil fakültəsində (1991-1996), Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində (2005-2009) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə video-montajçı kimi işləməyə başlayıb. “Səhər” musiqi və informasiya proqramında rejissor asssistenti (1994) və rejissor kimi fəaliyyət göstərib. Bir çox sənədli filmlərin (Heydər Əliyev haqqında), Yeni il şənlikləri, verilişlərin və kliplərin hazırlanmasında rejissor assistenti və rejissor kimi çalışıb. 2005-ci ildən İctimai Televiziyada çalışır. Burada çəkilən bir çox filmlərin ("Mugam", "Xəttatlıq", "Azərbaycanın milli kulinariyası", "Azərbaycanda yaşayan azsaylı xalqlar udinlər haqqında", "Küçə uşaqları", "Kür çayı" və "Heydər Əliyev-85") və verilişlərin ("Yeni Gün", "Azərbaycan palitrası", "Ötən günlərimi qaytara bilsən", "Gənclik həyatı", "Gecənin aydınlığı", "Aktual" tok-şousu, "Sağlam ol", "Salam əsgər") rejissorudur.

Vaqif Fərəcov
Doğum tarixi
Doğum yeri Bakı
Fəaliyyəti Rejissor