Vaqif Mustafazadənin ev-muzeyi— Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşən ev-muzey. Bu muzeydə caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə yaşamışdır.
Vaqif Mustafazadənin ev-muzeyi | |
---|---|
Əsası qoyulub | 1989 |
Açılış tarixi | 1989 |
Mövzu | Azərbaycan musiqisi |
Ölkə | |
Yerləşir | Azərbaycan, Bakı, Vaqif Mustafazadə küç.4 |
Vikianbarda əlaqəli mediafayllar |
Xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılmışdır.
1994-cü ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olmuşdur.
1989–1997-ci illərdə Muzeyin direktoru Zivar Ağasaf qızı Əliyeva olmuşdur.
2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub. Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur.
1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir.
Muzey Azərbaycan sovet caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin (1940–1979) həyatına və fəaliyyətinə həsr olunub. Muzeydə Vaqif Mustafazadənin həyatı və işi ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1214 əşyadan ibarət 3 otaqı var.[1][2][3] Evin sol küncündə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianinosu var.