Vaqif Rəşid oğlu Nəbiyev (30 noyabr 1947, Marneuli) — Azərbaycan Tarixi kafedrasının baş müəllimi, Humanitar Fakültələr üzrə müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2014).[1]
Vaqif Nəbiyev | |
---|---|
Nəbiyev Vaqif Rəşid oğlu | |
Doğum tarixi | 30 noyabr 1947 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali |
Mükafatları | Ən yaxşı müəllim (2014) |
1947-ci il noyabırn 30-da Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirmişdir. 1973-cü ilin aprel ayından 1974-cü ilin fevral ayınadək «Maarif» nəşriyyatnıda korrektor işləyib. 1974-ci ildən BDU Sov.İKP tarixi (siyasi tarix) kafedrasında baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəlimi işləyir. Tarix, Sosial elmlər və psixolorgiya, Əcnəbi təbələrin hazırlığı fakültələrində Azərbaycan tarixi fənnindən mühazirə və seminar məşğələləri aparır. 18 adda elmi əsəri, o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir. Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Müstəqillik dövründə Azərbaycanda neft sənayesinin inkişafı mövzusunda tədqiqat işi aparır.
İlham Əliyev-Heydər Əliyevin siyasətinin davamçısıdır. // Ümummilli lider Heydər Əlityevin anadan olmasının 85-ci ildönümü münasibətilə elmi-praktik konfransın materialları. Bakı, 2008
Azərbaycanın Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolu. Qarapapaqlar aylıq elmi-kütləvi dərgi N8 oktyabr Tbilisi 2011.