Vaqif Nəsirov 4 oktyabr 1945-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. V.Nəsirov 1983-87-ci illərdə Əlçəzair Xalq Demokratik Respublikasının Bumerdes şəhərində Yüngül Sənaye İnstitutuna ezam olunmuş, həmin institutun fizika kafedrasına rəhbərlik etmişdir. Eazamiyyətdən qayıtdıqdan sonra ADPU-da fəaliyyətini davam etdirmişdir. O, Azərbaycan MEA Fizika problemləri əlaqələndirmə şurasının komissiya sədri, AzTU-nun və Bakı Mühəndislik Universitetinin “Fizika”, “Amerika müasir fizika” jurnallarının redaksiya heyətinin üzvüdür. [1]
1967–68-ci illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının baş laborantı,
1971–1973-cü illər ADPU-nun Ümumi fizika və astronomiya kafedrasının assistenti,
1973–1978-cü illər ADPU-nun "Elektrik və optika" kafedrasının baş müəllimi,
1978–1994-cü illər ADPU-nun "Elektrik və optika" kafedrasının dosenti olmuşdur.
1977–78-ci illərdə XI Paris universitetinə 10 aylıq elmi ezam edilmişdir.
1978-ci ildə Fransa Kimyəvi-fizika Cəmiyyətinə üzv seçilmişdir.
1983–87-ci illərdə Əlcəzair Demokratik Respublikası Bumerdes Yüngül Sənaye İnstitutuna ezam olunmuş və həmin institutun Fizika kafedrasına rəhbərlik etmiş, əlcəzairli tələbələrə fizikanı fransız dilində tədris etməklə yanaşı onlar üçün elə həmin dildə Ümumi fizika kursunun müxtəlif bölmələrindən 4 dərs vəsaiti yazmışdır.
1994-cü ildən "Elektrik və optika" kafedrasının professorudur.
Elektrik və maqnetizm; Optika və Fizika tarixi fənlərini tədris edir.
1963-cü ildə Nizami Gəncəvi adına Boradigah onbirillik məktəbini qızıl medalla, 1967-ci ildə kecmiş V.İ.Lenin adına APİ-nun (indiki ADPU) fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
200-dən artıq elmi-metodiki əsərin, 30 dərs vəsaiti, monoqrafiya və elmi-kütləvi kitabın müəllifidir. Vaqif Nəsirovun yazdığı “Elektrik”, “Elektrik və maqnetizm”, “Optika”, “Elektrik dövrələrinin nəzəri əsasları”, “Ümumi fizika kursundan laboratoriya praktikumu”, “Elektrik və maqnetizmdən məsələlər”, “Kristalloqrafiyanın elementləri” və b. dərs vəsaitləri bu gün tələbələrin stolüstu kitablarıdır. Vaqif Nəsirov 1972-ci ildə "KNO3, AgNO3, və TlNO3 monokristallarında polimorf çevrilmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını Azərbaycan Dövlət Universitetində (indiki BDU) müdafiə edərək 01.040-eksperimental fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını almışdır. O, 1993-cü ildə AMEA-nın H.M.Abdullayev adına Fizika İnstitutunda "İon və molekulyar kristallarda polimorfizm" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 01.04.10-"Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 1994-cü ildən ADPU-nun professorudur.[2][3]
V.Nəsirov müxtəlif üzvi və qeyri üzvi maddələrin kristallarında quruluş faza çevrilmələrinin tədqiqi problemi üzərində işləmiş və bu gün də həmin tədqiqatlarını davam etdirir. Tədqiqatı zamanı o, bir sıra ilklərə imza atmışdır. Məhz bərk mühitdə kristalın ritmik böyüməsini ilk olaraq kəşf etmişdir. Bu kəşf məqalə şəklində çap olunmaq üçün məhz “Sovet kristalloqrafiyasının atası” sayılan akademik A.V.Şubnikov tərəfindən (hal-hazırda Kristalloqrafiya institutu onun adını daşıyır) “SSRİ EA Məruzələri”(Dokladı AN SSSR) adlı dövrünün ən nüfuzlu jurnalına təqdim olunmuş və orada çap olunmuşdur.
Professor Vaqif Nəsirovun aldığı elmi nəticələr dünyanın bir sıra görkəmli alimləri tərəfindən çox yüksək qiymətləndirilmişdir. Onların arasında xalqımızın böyük oğlu, dünya şöhrətli alim X.S.Məmmədov, Vaqif müəllimin elmi rəhbərləri prof.A.İ.Kitayqorodski, prof.Y.Q.Əsədov, fransız fizikləri Mişel Maqa, Henri Svark, İvet Ajen və b. vardır.
Vaqif Nəsirov 1977-78-ci illərdə XI Paris Universitetində elmi ezamiyyətdə olmuş, fransız fizikləri ilə birlikdə elmi təcrübələr aparmışdır. O ölkəmizdə temperaturun təsiri baş verən quruluş çevrilmələrini Fransada təzyiqin təsirilə davam etdirmiş, bir sıra maraqlı nəticələr əldə etmişdir. Bu tədqiqatların nəticələri “Fransada ezamiyyətdə olduğu müddətdə olkənin müxtəlif universitetlərində o cümlədən VI və XI Parıs, Bordo, Qrenobl, Strasburq, Tuluza universitetlərində elmi məruzə edilmişdir. 1978 -ci ildə Fransa Kimyəvi Fizika Çəmiyyətinin Fəxri Prezidenti prof. M.Maqa və prof. H.Svarkin təqdimatı ilə həmin cəmiyyətə üzv seçilmişdir.
V.İ.Nəsirov, X.A.Adıgözəlova. SnS-in aşağı temperatur fazasının stabilləşməsinə nadir torpaq metallarının təsiri. (rus dilində)- İzvestiya Rossiyskoy Akademii (Neorq. mater.) tom 37. N11, səh.1099–1101, Bakı, 2001.
V.İ.Nəsirov, Y.Q.Əsədov. Bərk cisimlərdə polimorf çevrilmələr zamanı rüşeyim əmələ gəlmə prosesində defektlərin rolu (rus dilində). AMEA-nın Xəbərləri, T LXI, N2, 12–15, Bakı, 2002.
V.İ.Nəsirov, Y.Q.Əsədov. Maye fazadan böyümə ilə polimorf çevrilmələr zamanı böyümə arasında bəzi oxşarlıqlar (rus dilində). AMEA-nın Məruzələri, T.LXI, N1 222–226, Bakı, 2002.
V.İ.Nəsirov, Y.Q.Əsədov, E.V.Nəsirov. Rubudium nitratda III↔II↔I çevrilmələrin morfologiyası (rus dilində). Metallar fizikasının müasir problemləri Beynəlxalq prak. konf. səh 103, Bakı 2007, AMİU
V.İ.Nəsirov, Y.Q.Əsədov, A.F.Həziyeva. monokristallarında polimorf çevrilmələr (rus dilində). AMEA-nın Məruzələri, T.LXV, N2, səh.66–70, Bakı, 2009.
V.İ.Nəsirov, A.F.Həziyeva, Y.Q.Əsədov. -də IV"III"II"I polimorf çevrilmələr (rus dilində). AMEA-nın Xəbərləri, N5, səh.156–159, Bakı, 2009.
V.İ.Nəsirov, A.F.Həziyeva, Y.Q.Əsədov. monokristallarında polimorfizm (rus dilində). AMEA-nın Xəbərləri, N5, T.ХХХ, səh.87–91, Bakı, 2010.
V.İ.Nəsirov, A.F.Həziyeva, Y.Q.Əsədov, R.B.Bayramov, E.V.Nəsirov Rb1-xCsxNO3 (x=0.025; 0.1) monokristallarında IV→III→II polimorf çevrilmələrin kinetikası. Elmi əsərlər. Fundamental elmlər, cild X (39), ATU, N3, Bakı 2011
V.İ.Nəsirov, A.F.Həziyeva, Y.Q.Əsədov. kristallarının alınması və retgenoqrafik tədqiqi (rus dilində). Кристаллография, N6, T.57, səh.964–967, Moskva, 2012.
V.İ.Nəsirov, A.F.Həziyeva, Y.Q.Əsədov, A.S.Əmirov. kristallarının retgenoqrafik tədqiqi (rus dilində). AМEA-nın Məruzələri, N3, T.LXVII, səh.33–38, Bakı, 2011.
V.İ.Nəsirov, A.F.Həziyeva, Q.Hüseynov, Y.Q.Əsədov. Yüksək temperaturlu rentgenoqrafiya metodu ilə və -də polimorf çevrilmələrin tədqiqi (rus dilində). AMEA-nın Məruzələri, T.XXXI, N5, səh.167–173, Bakı 2011.
В.И.Насиров. Ю.Г.Асадов, А.С.Амиров Получение кристаллов Rb0.90Cs0.10NO3 и их рентгенографичекие исследования, Кристаллография, 2012, №6
В.И.Насиров, А.Ф.Хазиева, Ю.Г.Асадов Получение и исследование методом высокотемпературной Рентгенографии монокристаллов и , Azərb.МEA Məruzələri (Dокл. НАН Азерб.№6, Т.LXVIII,стр.,2012
V.İ.Nəsirov, Y.Q.Əsədov, E.V.Nəsirov Структурные превращения в K0,975Rb0,025NO3, ААHDM-n Elmi əsərləri, XXII buraxılış, 2013
V.İ.Nəsirov, R.Bayramov, Y.Q.Əsədov K0,955Rb0,045NO3 kristallarında quruluş çevrilmələri, Fizika, cild XIX, sayı 2, səh 89–91, 2013
V.İ.Nəsirov, G.Zülfüqarova Cu1.96Ni0.04Se monokristallarında quruluş faza çevrilmələri, Fizikanın müasir prob.-VII Resp.konf.mat., Bakı,2013,
V.İ.Nəsirov, Q.H.Hüseynov, A.S.Əmirov, A.G.Rzayeva Cu1.95Ni0.05S kristallarında quruluş faza çevrilməsi. AzTU-nun elmi əsərləri Fundamental elmlər, N 2, 2013
V.İ.Nəsirov, R.B.Bayramov, Yu.G.Asadov, A.F.Khazieva Single Crystal"Single Crystal Polymorphic Transformations in K0.985Rb0.015NO3, Crystallography Reports, 2014, Vol.59, No. 7
V.İ.Nəsirov, R.B.Bayramov, N.M.Namazova, G.G.Guseinov, A.S.Amirov The Influence of Vacuum on Polymorphic Transformations in Rubidium Nitrate, Crystallography Reports, 2014, Vol.59, No. 7
V.İ.Nəsirov, N.M.Namazova, Q.Q.Hüseynov, İ.M.Məmmədov Рентгенографическое исследование кристаллов Rb2Na(NO3)3, AzTU-nun elmi əsərləri Fundamental elmlər, N 2, 2014.
V.İ.Nəsirov, R.B.Bayramov, E.V.Nəsirov, K0,965Cs0,035NO3monokristallarında II"III çevrilmələrin morfologiyası, AAHDM-in Elmi əsərləri, XXIV buraxılış, Bakı, 2015
V.İ.Nəsirov, R.B.Bayramov, E.V.Nəsirov Morphology and Kinetics of Polimorphic Transformations in K0.965Rb0.035NO3 Single Crystals, Crystallography Reports, 2015, Vol.60, No. 7
V.İ.Nəsirov, R.B.Bayramov K0,965Rb0,035NO3 monokristallarında II polimorf çevrilmənin kinetikası, Azerbaijan Journal of Physics, vol.XXI, N2 Baku, AMEA, 2015.
В.И.Насиров, Н.М.Намазова, Г.Г.Гусейнов, А.С.Амиров Growth and X-ray Diffraction Study of Rb2Na(NO3)3 Crystals, Crystallography Reports, 2015, Vol.60, No. 6
V.İ.Nəsirov, R.B.Bayramov K0,965Rb0,035NO3 kristallarında quruluş faza çevrilmələri, Fizika-texnika və riyaziyyаt elmləri seriyası, fizika və astr. AMEA, Xəbərləri 2015, №5
V.İ.Nəsirov, N.M.Namazova, Q.Q.Hüseynov, A.S.Əmirov Polymorphism of rubidium nitrate in atmosphere of arqon, AMEA, Məruzələr, cild LХXI, №2, Bakı,2015
V.İ.Nəsirov, R.Bayramov, E.V.Nəsirov , N.M.Namazova K0,985Rb0,015NO3 monokristallarında polimorf çevrilmənin kinetikası, Metallar Fizikasının Müasir Problemləri. V Beynəlxalq elmi-praktik konfrans, Bakı, 2016
V.İ.Nəsirov, R.Bayramov, E.V.Nəsirov K1-xRbxNO3 (x=0,015; 0,035; 0,045) monokristallarinda II®III polimorf çevrilmənin kinetikasi, Azerbaijan Journal of Physics, Bakı, 2016
V.İ.Nasirov, R.B.Bayramov, İ.Əmiraslamov Synthesis and X-ray study of K1-xСsxNO3(x=0.015,0,035) crystals Crystalloqraphy Reports, v.63, №7 2018
V.İ.Nəsirov, A.Həziyeva, Rb1-xCsxNO3(x=0.025,0,05,0.1) монокристаллы и их исследование высокотемпературной рентгенографии01 Физика и техника полупроводников, Том 52, вып.6,2018
V.İ.Nəsirov, R.B.,Bayramov, A.Həziyeva Морфология роста кристаллов Ш и П модификации при превращениях Ш-П в монокристалле K0.945Cs0.055NO3 Изв.НАНА,Хабарлар,№ 2, 2019
V.İ.Nasirov, R.B.Bairamov, E.Nasirov Polymorphic transformation in the K0.945Ag0.055NO3 single crystal Crystalloqraphy Reports, v.65, №2 2020
F.Həziyeva. V.İ.Nəsirov, Y.Alıyev, S.Cabarov, .Кинетика IV—III полиморфного превращения в монокристаллах Rb1-xCsxNO3 (x=0.025,0.05,0.01 Физика и техника полупроводников, Том 56, вып.5,2022 Стр.453-457
V.İ.Nəsirov, R.Bayramov, E.V.Nəsirov Рентгенографическое исследование полиморфизма в кристалле K0.955Rb 0.055NO3 Scientifik Collektion “İnterconf”,118,Juli,2022, Geneva, Svvertland pp.238-304
V.İ.Nasirov, R.Bairamov, E.V.Nəsirov Phase transition in the K0.94Rb 0.06NO3 single crystal Crystalloqraphy Reports, v.67, №6 2022, p. 1013-1017 [4]
Vaqif Nəsirov geniş oxucu kütləsi tərəfindən şair və yazıçı kimi də tanınır. O, ilk şeirlərini keçən əsrin 70-ci illərindən başlayaraq dövri mətbuatda çap etdirmişdir. Onun “Sonradan bilmişəm” şeirlər toplusu oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Daha sonra o, “Etiraf”, ”Dünya çətin düzələ”, “Dərd budur”, “Anamın düaları”, “Şairlər vaxtsız qocalır”, “Qardaş harayı”, “Tanrı payı” seirlər kitabını, 2016-cı ildə iki cilddə “Seçmələr”ini oxucuların ixtiyarına vermişdir.
Vaqif Nəsir nəsr sahəsində də qələmini sınamış, “Ömrün qürbət payı”, “Öz odunda yanan ürək”, “Əsrin loğmanı” (sənədli povestləri), habelə “Yenə də qatarda”, “Bir elmi-tədqiqat sektorunda” adlı səhnə əsərləri ilə oxucuların görüşünə gəlmişdir. “Yenə də qatarda” səhnə əsəri televiziya tamaşası kimi tamaşaçıların ixtiyarına verilmişdir.
V.Nəsir 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdr.