Vaqif Mirəsgər oğlu Nağıyev (d.1941, Lənkəran — ö. 1992, Bakı) — texnika elmləri doktoru, professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru.[1]
Vaqif Nağıyev | |
---|---|
Vaqif Nağıyev | |
Digər adı | Vaqif Mirəsgər oğlu Nağıyev |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tenika elmləri doktoru |
Elmi adı | professor |
Vaqif Nağıyev 1941-ci ildə Lənkəranda doğulmuşdur. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan EA-da işləmişdir. Daha sonra Moskvaya gedən Nağıyev 1965-ci ildə yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında işləyir.
1986-cı ildə kosmosda istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olmuş, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri olmuşdur. 1992-ci ildə Romada keçirilən konfransda iştirak etmək üçün gedərkən hava limanında vəfat etmiş Bakıya gətirələrək ailəsinin yanında dəfn olunmuşdur.[1]
Vaqif Nağıyev eyni zamanda SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə daşımışdır. Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparmışdır. Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olmuşdur. 5 monoqrafiyanın, 23 ixtiranın, 200-dən artıq elmi məqalənin müəllifidir.