Vaqif Yaquboğlu

Daşdəmirov Vaqif Yaqub oğlu (Vaqif Yaquboğlu) — "Dədə Qorqud Ocağı" (DQO) Yaradıcılıq Mərkəzinin (QHT) təsisçisi və sədri (2001), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999), "Araz" (2005) və "Dədə Qorqud" (2010) Ali mükafatları laureatı (2005), şair, bədii qiraətçi.

Vaqif YAQUBOĞLU
Vaqif Yaqub oğlu Daşdəmirov
Doğum tarixi (75 yaş)
Doğum yeri Qəbələ
Vətəndaşlığı Azərbaycan
Atası Yaqub
Anası Şükufə
Milliyyəti Azərbaycan türkü
Təhsili Azərbərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universiteti,
Ümumittifaq Yeyinti Sənayesi İnstitutu.
Fəaliyyəti Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Dədə Qorqud Ocağı" Yaradıcılıq Mərkəzinin təsisçisi və sədri
Mükafatları "ARAZ",
"DƏDƏ QORQUD"
Ali mükafatları,
"Şah İsmayıl Xətai",
"Ozan",
"Məclislərin şahənşahı",
"Sənət məcnunu",
"Qızıl qələm",
"Qızıl mikrofon",
"Qüdrətli söz cəngavəri",
"Poeziya aşiqi",
"Oskar sima"
və s... mükafatları laureatı.

Vaqif Yaquboğlu 24 oktyabr 1948-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Bakı şəhəri 44 saylı orta, 1 saylı musiqi məktəbinin tar sinifini (1965), Bakı Politexnik texnimumunu (1967),Ümumittifaq Yeyinti Senayesi İnstitutunu (1973, Moskva), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (xalq artisti Şahmar Ələkbərovun kursunu) bitirmişdir (1990). 1968-ci ildən tar və gitara ifaçısı kimi fəaliyyət göstərmiş, 1983-cü ildə "Qəbələ" instrumental ansamblı yaratmış, 7 il ansambla rəhbərlik etmişdir.

"Canım-Azərbaycanım" adlı poeması KİV-in "Araz" Ali Mükafatına təqdim olunmuş və müəllifə fəxri diplom verilmişdir. Bayatı ilə yazılmış ilk poemanın müəllifidir. Təsis etdiyi və sədri olduğu "Dədə Qorqud Ocağı" Yaradıcılıq Mərkəzi (QHT) "Vektor" Elm Mərkəzinin "Şahmar Əkbərzadə" adına beynəlxalq diplomuna layiq görülmüşdür.

Qarabağ müharibəsi zamanı və sonrakı dövrlərdə döyüş bölgələrində, hərbi hissələrdə və hospitallarda döyüşçülər qarşısında vətənpərvərlik ruhunda etdiyi çıxışlara görə Müdafiə Nazirliyinin "Şah İsmayıl Xətai" fəxri fərmanı ilə təltif olunmuşdur. Ayrı-ayrı vaxtlarda ona "Ozan", "Məclislərin şahənşahı", "Sənət məcnunu", "Qızıl qələm", "Qızıl mikrofon", "Qüdrətli söz cəngavəri", "Poeziya aşiqi", "Oskar sima" və s. mükafatlar, diplomlar, fəxri fərmanlar, titullar verilmişdir. Haqqında Az.TV-də dörd portret verliş çəkilmişdir.[mənbə göstərin]

Sözlərinə; "Get, səni xoşbəxt olasan", "Canım-Azərbaycanım", "Qəbələ", "Gəl barışaq", "Küsdüm, dilin açıldı","Ana" və s. mahnılar bəstələnmişdir. O, həmçinin bir çox kassetlərin, disklırin, "Oğul oğul olsa" (2001) kimi bir çox kliplərin, "Yanğı" (1995) və "Ramiz Hacıyev" (2014) sənədli filmlərinin rejissoru və ideya müəllifidir. Bir çox televiziya filmlərində və tamaşalarında çəkilmişdir. Azərbaycan televiziya və radio kanalları bu gün də bir sənətkar və bir ziyalı kimi Vaqif Yaquboğlunu öz veriləşlərə dəvət edirlər.

"Toyunuz mübarək" (2001) və "Oğul oğul olsa"(2014) adlı kitabları çapdan çıxmış və 22 kitabda müxtəlif müəlliflər onun haqda yazılar vermişdir.Bir neçə kitabın redaktorudur."MƏDƏNİYYƏT" qəzetinin müxbiri olmuş və bir çox qəzetlərlə,o cümlədən "KİRPİ" satirik jurnalı ilə əməkdaşlıq etmişdir.Şair Telman Qəhrəmanov "Ümid məktubu" (2005) poemasını Vaqif Yaquboğluna həsr etmişdir.

2010-cu ildən "Dədə Qorqud Ocağı" Yaradıcılıq Mərkəzində rəhbərliyi altında aparıcılıq kursu fəaliiyət göstərir.