Vaqner gürzəsi

Vaqner gürzəsi[2] (lat. Vipera wagneri) — Gürzəkimilər fəsiləsinə, Əsl gürzələr dəstəsinə aid zəhərli ilan növü. Növ alman araşdırmaçısı, Moris Vaqnerin şərəfinə adlandırılmışdır[3]. O, il dəfə bu növə aid nümunələri 1846-cı ildə toplamışdır.[4].

Vaqner gürzəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Vaqner gürzəsi
Beynəlxalq elmi adı

Bədənlərinin uzunluqları 70–95 sm arasında dəyişir. Erkəklər boz, dişilər isə nisbətyən qəhvəyi rəngdıə olur. Qarın nahiyəsi parlaq sarı olur. Üstəlik qara nöqtələrə sahib olur.

Bu növ gürzələr Türkiyənin şərqində, Van gölü şimalındakı ərazilərdə, İranın qərbində 1200–2000 hündürlüyü olan ərazilərdə yayılmışdır. Onlar bitki örtüyündən məhrum olan qayalı ərazilərdə, bulaqların yaxınlığında yaşayırlar. Gündüz vaxtı aktiv olur. Aktivlik əsasən günün ikinci yarısına təsadüf edir. Təhlükə anında səs çıxarır. Bir neçə aylığına qış yuxusuna gedir. Kiçik məməlilər, kərtənkələlər və quşlarla qudalanır. Diri bala doğur. Balalar doğularkən 15 sm olur..

  • Nilson G, Andrén C. 1984. Systematics of the Vipera xanthina complex (Reptilia: Viperidae) II. An overlooked viper within the xanthina species-group in Iran. Bohn. zool. Beitr. 35 (1–3): 175–184. (Vipera wagneri sp. n., p. 178.)
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. Справочные материалы по нормативно-правовому обеспечению деятельности зоопарков и питомников Российской Федерации (часть I). Вестник информационного центра ЕАРАЗА Arxivləşdirilib 2017-03-28 at the Wayback Machine. — М.: Информационный центр ЕАРАЗА, 2005. — С. 256. — 274 с.
  3. Beolens, Watkins & Grayson, 2009 : The Eponym Dictionary of Reptiles. Johns Hopkins University Press, p. 1–296
  4. Nilson & Andrén. 1984. p. 178.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]