Varşava İnformasiya Texnologiyaları Universiteti

Varşava İnformasiya Texnologiyaları UniversitetiPolşada universitet, İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.

Varşava İnformasiya Texnologiyaları Universiteti
Xəritə
52°14′ şm. e. 20°59′ ş. u.
Əsası qoyulub 2004
Bağlanıb 2019
Tip dövlət universiteti
Ölkə
Ünvan Polşa, Varşava şəhəri
Sayt vizja.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Varşava İnformasiya Texnologiyaları Universiteti müasir informasiya texnologiyalarından effektiv istifadə edilməsi, informasiya sistemlərini idarə edilməsi, kompüter qrafikası sahəsində proqram təminatı və qabaqcıl texnologiyaların yaradılması üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 2004-cü ildə yaradılıb.

Universitet informatika ixtisas üzrə ən yüksək mühəndis-texniki təhsil təklif edir.

Ali məktəbin korpusu 9 min m² sahəni əhatə edir. Bura auditoriyalar, laboratoriya məşğuliyyətləri üçün kabinetlər, həmçinin bir çox tədris sinifləri daxildir. Universitet kompüter texnikası ilə yüksək səviyyədə təchiz edilib. Belə ki, ali təhsil ocağında lokal şəbəkədə internetə sürətli çıxışa malik 300-dən çox kompüter mövcuddur.

Ali məktəb daxilində ixtisaslaşdırılmış ədəbiyyata sərbəst çıxışa malik onlarla kompüterlə təchiz edilmiş müasir kitabxanaqurulub. Həmçinin daim yeni laboratoriyalar yaradılır. Bu yaxınlarda müasir “Laboratoriya ölçüləri” üzərində iş başa çatdırılıb.

Varşava İnformasiya Texnologiyaları Universiteti öz tələbələrinə əla şəraitlə təmin olunmuş və hər kəs üçün sərfəli qiymətlər üzrə tələbə yataqxanasını təklif edir. Bütün xarici tələbələrə universitet yataqxanasında yer verilir. Yataqxana universitetin korpusundan 15 dəqiqəlik məsafədə yerləşir.

Universitetin nəzdində Tələbə Şurası fəaliyyət göstərir. Tələbə Şurası əyləncə gecələri, konsertlər, mədəni tədbirlər təşkil edir, həmçinin təhsillə bağlı məsələlərinin həllində tələbələrə kömək edir.

Karyera Mərkəzi isə iş axtarışında tələbələrə xidmət etmək və təcrübənin qazanılması məqsədilə yaradılıb. Mərkəz bir sıra firma, təşkilat və qeyri-dövlət müəssisələri ilə əməkdaşlıq edir.

Tədris prosesi

[redaktə | mənbəni redaktə et]

Universitetin yüksək ixtisaslı professor-müəllim tərkibi tədrisin müasir metodlarının tətbiqi, yeni avadanlıqlardan istifadə sayəsində yüksək səviyyəli təhsili təmin edir.

Tələbələr iyunun əvvəlindən sentyabrın sonuna kimi qəbul olunur. Tədris polyak və ingilis dillərində aparılır.

Ali təhsil müəssisəsinin tələbələri ölkədə, həm də ölkə xaricində müxtəlif özəl və dövlət idarələrində təcrübə keçmə imkanına malikdir.

Təşkilat planı və 2 semestrlik dərslərin cədvəlini tələbələr tədris ilinin başlanğıcında alırlar. Tədris qruplarının kuratorları tədris prosesini əlaqələndirirlər və təhsil dövrü ərzində tələbələrə kömək edirlər. Bütün tələbələr, təhsil formasından və səviyyəsindən asılı olmayaraq istehsal təcrübəsi keçməlidir.

İxtisas üzrə predmetlərin seçimi 4 semestri bitirdikdən sonra həyata keçirilir. Seçilmiş ixtisas üzrə məşğuliyyətlərin təşkili üçün ən azı 50 tələbənin toplanması tələb olunur. Qeyd olunan sayda tələbə toplanmadıqda ən çox ərizə verilən ixtisaslar üzrə təlimlərə başlanılır.

Varşava İnformasiya Texnologiyaları Universitetində tədris əsasən 8 ixtisas üzrə təşkil olunub. Bu ixtisaslara kompüter qrafikası və DTP, tibb xidmətləri sferasında informasiya texnologiyalarının tətbiqi, idarəetmə informasiya sistemləri, dəstək informasiya sistemləri, verilənlər bazasının planlşdırılması, multimedia tətbiqi planlaşdırması, kompüter şəbəkələri, informasiya texnologiyaları və xidmətlərinin satışı daxildir.

Kompüter qrafikası və DTP ixtisası çap üçün nəşrlərin hazırlığı, həm də internet üçün multimedia və qrafik bazanın yaradılmasını əhatə edir. Fakültənin tədris proqramı ən yeni kompüter texnologiyalarından istifadə etməklə estetika, qrafik kompozisiya və qrafik planlaşdırma üzrə predmetləri özünə daxil edir. Laboratoriya məşğuliyyətlərinin gedişatında tələbələr planlaşdırma ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirərək qrafik emal üçün avadanlıqla və proqram təminatı ilə tanış olurlar.

Tibb xidmətləri sferasında informasiya texnologiyalarının tətbiqi ixtisasında tələbələr tibdə istifadə edilən ixtisaslaşdırılmış proqram təminatının, həmçinin tibbi diaqnostika və terapiya üçün kompüter avadanlığının fəaliyyətinin iş prinsiplərini öyrənirlər. Bundan əlavə, tələbələr emal və tibbi məlumatların analizi sahəsində biliklər əldə edirlər.

İdarəetmə informasiya sistemləri proqramı müəssisələrdə idarə etmənin təşkilində kompleks informasiya sistemlərinin analizi və qiymətləndirilməsi üçün tələb olunan bacarıqları qazanmağa imkan verir. Tələbələr seçmə, reallaşdırma və birləşdirilmiş idarə sistemlərinin planlaşdırılması prinsiplərini mənimsəyir, həmçinin təxmini nümunələrdə idarə etmədə tətbiq olunan informasiya sistemlərinin inzibatçılığı və istifadəsini öyrənir.

Dəstək informasiya sistemləri ixtisasında müəssisələrdə informasiya sistemlərinin fasiləsiz işini təmin edən uyğun prosedurların tətbiqi istiqaməti üzrə mütəxəsissislər hazırlanır.

Verilənlər bazasının planlaşdırılması ixtisası tədris proqramı planlaşdırma, hazırlama, tətbiq etmə və müasir məlumat bazalarının dəstəyi sahəsində dərin bilikləri almağa imkan verir, həmçinin proqram təminatının proqram mühəndisliyi sahəsində lazımi istiqamətin verilməsinə zəmanət verir.

Multimedia tətbiqi planlaşdırması proqramı bir neçə informasiya intizamının birləşməsinə yönəldilib. Bu profil özündə verilənlər bazalarının yaradılması, proqram təminatı mühəndisliyi, qrafika və kompüter şəbəkələri sahələrini ehtiva edir.

Kompüter şəbəkələri ixtisası çərçivəsində tələbələrə serverlərin yaradılması, idarə edilməsi və şəbəkə avadanlığı elementləri tədris olunur.

İnformasiya texnologiyaları və xidmətlərinin satışı ixtisasının tədris proqramı İT bazarın fəaliyyəti, xüsusilə də innovasiya informasiya texnologiyaları sahəsində biliklərin əldə edilməsinə yönəldilib. Tələbələr həmçinin peşəkar fəaliyyətdə satış və marketinqin metodlarını praktik aspektlər üzrə araşdırırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]