Varşava Qafqaz Müsəlmanları qəbiristanlığı (pol. Warszawa Muzułmański Cmentarz Kaukaski) — Varşava şəhərində Miynarska küçəsi 60 ünvanında yerləşən tarixi müsəlman qəbiristanlığı.
Qəbiristanlıq | |
Varşava Qafqaz Müsəlmanları qəbiristanlığı | |
---|---|
pol. Warszawa Muzułmański Cmentarz Kaukaski | |
Ölkə | Polşa |
Şəhər | Varşava |
Əsası qoyulub | 1838-1839 |
Sahəsi | 0,01 km² |
Dini tərkib | müsəlman |
52°14′36″ şm. e. 20°58′11″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin iyul ayında qəbiristanlıq Povazkidəki tarixi dini qəbiristanlıqlar kompleksini təşkil edən beş başqa nekropolla birlikdə tarixi abidə kimi status alıb.[1]
Qafqaz Müsəlmanları Qəbiristanlığı Varşavada mövcud olan iki müsəlman qəbiristanlığından (digəri Varşava Müsəlman Tatar qəbiristanlığıdır) ən qədimidir. Yəhudi və Evangelist-Auqsburq qəbiristanlıqları arasında yerləşir. 1830-cu ildə Varşava Yevangelist-Auqsburq kilsəsindən 2152 rubla alınmış torpaqda inşa olunub.[2] Qəbiristanlıq 1838−1839-cu illərdə təsis edilib.[3] Darvazanın yanında qəbiristanlıq baxıcısının yaşadığı kiçik bir ev var idi.[4]
Nekropol 1867-ci ilə qədər istifadə edilib.[5] Orada rus ordusunun müsəlman əsgərləri, eləcə də səfərə gələn tacirlər və Varşava sakinləri dəfn edilib. Qəbiristanlıq 30 il istifadədən sonra bağlanıb. Yaxınlığında Varşava Müsəlman Tatar qəbiristanlığı təsis edilib.[3]
Varşava üsyanı zamanı qəbiristanlıq qonşu Evangelist qəbiristanlıqları ilə birlikdə şiddətli döyüş bölgəsi idi. Onu Daxili Ordunun "Viqri" və "Antoni" batalyonları müdafiə edirdi.
Hazırda qəbiristanlıq yenidən fəaliyyətə başlayıb. Burada Çeçenistandan olan qaçqınlar dəfn olunur.[6]
Varşava Qafqaz Müsəlmanları qəbiristanlığının ilk illərdə əvvəlcə 0,5 hektara yaxın ərazisi var idisə, indi təxminən 1 hektardır.[7]
Qəbiristanlıqda Polşanın bir çox görkəmli müsəlmanları dəfn olunub. Onların arasında ən məşhurları aşağıdakılardır: