Varda körpüsü

Varda körpüsüAdana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir.

Varda körpüsü
Xəritə
37°14′24″ şm. e. 34°58′48″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Adana
Yerləşir Qaraisalı
Aidiyyatı Osmanlı imperiyası
Sifarişçi II Əbdülhəmid
Tikilmə tarixi 1907-1912
Material daş[d]
Vəziyyəti fəaliyyət göstərir
Varda körpüsü (Türkiyə)
Varda körpüsü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir. Tikintisinə 1907-ci ildə başlanmış 1912-ci ildə tamamlanmışdır. Körpü sütunları təminatı üçün dörd ədəd ayağın içində pillələr mövcuddur. Körpü üzərindəki dəmir yolu 1220 metr radiuslu bir kurpla keçirilmişdir. 5 illik tikinti prosesində 21 fəhlə və bir alman mühəndis müxtəlif səbəblərlə ölmüşdür.

Bir Mühendislik Harikası: Alman Köprüsü