Varese BK

Varese - Italiyanın eyni adlı şəhərini təmsil edən basketbol klubu.

Varese
Varese loqosu
LiqalarBasketbol üzrə İtaliya çempionatı
Yaranma tarixi1946 (77 il əvvəl) (1946)
ArenaPalasport, 5300 yerlik
Yerİtaliya Varese şəhəri
Klub rəngləri, Qırmızı,
Prezidentİtaliya Stefano Koppa
Baş məşqçiİtaliya Paola Moretti
Saythttp://www.pallacanestrovarese.it/
Formalar
Ev trikotajı
Komanda rəngləri
Ev
Səfər trikotajı
Komanda rəngləri
Səfər

Tarixi[redaktə | mənbəni redaktə et]

Varese basketbol komandası 1946-cı ildə Varese şəhərində təşkil olunmuş, ilk vaxtlar öz çıxışı ilə fərqlənməmişdir. İlk böyük uğurunu 1961-ci ildə, İtaliya çempionatının qalibi kimi qeyd etmişdir. 1970-ci ildə isə klub ilk dəfə çempionlar kubokunu qazanmış, sonralar daha 4 dəfə Avropanın bu əsas turnirinin qalibi olmuşdur. Komandanın sonuncu uğuru 1999-cu ildə milli birinciliyin və İtaliya superkubokunun qalibi olmasıdır. Varese basketbol komandası hazırda A seriyası üzrə çıxış edir.

Titulları[redaktə | mənbəni redaktə et]

Basketbol üzrə İtaliya çempionu (10 dəfə): 1961, 1964, 1969, 1970, 1971, 1973, 1974, 1977, 1978, 1999
Çempionlar kuboku (5 dəfə): 1970, 1972, 1973, 1975, 1976. Finalçı (5 dəfə): 1971, 1974, 1977, 1978, 1979
Kuboklar kuboku (2 dəfə): 1967, 1980
İtaliya kuboku (4 dəfə): 1969, 1970, 1971, 1973
Qitələrarası kubok (3 dəfə): 1966, 1970, 1973
İtaliya superkuboku (1 dəfə): 1999
Palasport, Varese komandasının örtülü idman arenası

Xarici keçid[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]