Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı[1].
Varid Fərzəlibəyov | |
---|---|
Varid Nəsibbəy oğlu Fərzəlibəyov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəki şəhəri |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | ixtiraçı-mühəndis, tarzən |
1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır.
Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı[2] yaratmışdır.
Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. 1966-cı ildə müəllif bu alətə görə SSRİ miqyasında patent almışdır.[3] Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir.
Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi istehsal olunmuşdur.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |