Vaxtilə Azərbaycanın bölgə və kəndlərində milli güləş ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə keçirən el pəhləvanları olmuşlar. Onların çıxışlarını-müxtəlif güləş üsullarını el-oba həmişə böyük maraqla qarşılamışdır.
Varis | |
---|---|
Janr |
idman bioqrafik |
Rejissor | Miri Rzayev |
Ssenari müəllifi | Fəraməz Səfiyev |
Operator | Fikrət Əsgərov |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
1 hissə 270 metr 35 mm |
Filmdə milli pəhləvanlıq ənənələrinə sadiq olan, pəhləvanlıq sənətinin bəlkə də sonuncu varislərindən biri olan 61 yaşlı Paşa Kərimovdan söhbət açılır.