Varlı-Həyat Cəyirçay qırılmasının cənub-şərq davamında eyniadlı kənd sahəsində yerləşir. Burada bayos vulkanitləri hesabına əmələ gəlmiş metasomatik dəyişmiş süxurlar vardır. Təzahür sahəsində iki filizli zona ayrılmışdır. [1].
Burada birinci zonanın uzunluğu 350 m, qalınlığı 11 m, misin orta miqdarı 1,3%, molibdenin miqdarı isə 0,001% hesablanır.
İkinci zonanın uzunluğu isə 200 m, qalınlığı 19 m, misin miqdarı 1,20%, molibdenin miqdarı isə 0,001% təşkil edir.