Səhm üçün varrant (və ya sadəcə varrant) – firmanın öz səhmləri üçün yazdığı call-opsiondur. Adətən, varrantlar tipik call-opsionlara nisbətən daha uzun müddətə (məsələn, 5 il və daha çox) emitasiya olunur. Eləcə də müddətsiz varrantlar da buraxılır. Varrantlar adətən, Amerika opsionları kimi müddəti bitmədən də icra oluna bilərlər, lakin onların bəziləri üzrə mümkün ödəmə anınadək müəyyən ilkin müddət keçməlidir.
Varrantın icra qiyməti fiksə oluna və ya varrantın müddəti dövründə artma istiqamətində dəyişə bilər. Varrantın buraxılma anında icra qiyməti adətən, baza aktivinin bazar qiymətindən daha yüksək təyin olunur.
Buraxılma anında bir varrant adətən, sahibinə bir səhmi müvafiq icra qiymətinə almaq hüququ verir. Varrantların əksəriyyəti səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunurlar, yəni səhmlər bölündükdə və ya dividendlər səhmlərlə ödənildikdə varrant sərmayəçiyə dəyişmiş icra qiymətinə bir səhmdən daha az və ya çox səhm almaq hüququ verir.
Varrantın call-opsiondan fərqləndirici cəhəti – varrantların məhdud miqdarda olmasıdır. Həmişə məhdud sayda varrant buraxılır və onların sayı varrantlar icra olunduqca azalır. Call-opsion isə iki şəxsin onu yaratmaq istədiyi istənilən zaman meydana çıxa bilər. Call-opsionun icrası firmaya ikincili bazarda onun səhmlərilə əməliyyatlardan çox təsir etmir. Varrantın icrası müəssisənin vəziyyətinə müəyyən effektlə təsir edir; o, daha çox vəsait əldə edir, buraxılan səhmlərin sayı artır və varrantların sayı azalır.
Varrantların alqı-satqısı əsas fond birjalarında və birjadankənar bazarlarda aparılır.[1]