Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum.
Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb.