Varvasinin binaları — milliyyətcə yunan olan, saray əyyanı olmuş İvan Andreyeviç Varvasiyə və onun ailəsinə məxsus olan Taqanroq şəhərində yerləşən bir neçə ev.
Konini-Varvasinin ailəsinə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda evlər məxsus olmuşdur: Petrovskaya, 46; Qreçeskaya, 62; Qreçeskaya. 59; İtalyanski xiyabanı, 58; Nikolayevskaya, 53 və d. Bir necə ev bu ailənin üzvləri tərəfindən alınaraq restavrasiya edilmişdir. İvan Andreyeviç Varvası 1814-cü ildən Taqanroqda yaşayırdı.
Varvasi soyadını ləqəb olaraq dostlarından almışdır. Bu ad onun türklərə qarşı mübarizəsi münasibətilə verilmişdir
Varvasilərə məxsus binalar:
- Malo-Qreçeskaya 7 və ya Şmidt küçəsi 19. 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir. Bərpa zamanı bu gilizlər vətən uğunda cəsarətlə müdafiə olunanların xatirəsinə çıxarılmamışdır. Bina günümüzə qədər gəkib çatmamışdır.
- Petrovskaya küçəsi, 153. 1812-ci ildə bina və ətrafı İ. A. Varvasi tərəfindən satın alınmışdır. Yunanıstana getməmişdən öncə 1820-ci ildə onun şəhərə xəstəxana kimi bəxş etmişdir.
- Petrovskaya küçəsi, 46; Bina 1860-cı illərdə Konze Nikolayeviç Komnino-Varvasi tərəfindən alınır. Soyadın əsasını yunan İvan Andreyeviç Varvasi qoymuşdur. Kozma Nikolayeviç Varvasi binanın ikinci mərtəbəsini artırmağı qərara alır. Bu münasibətlə o, şəhər idarəsinə müraciəyyət etmişdir.
1892-ci ildə Kozma Nikolayeviç Varvasi binanın ikinci mərtəbəsinin tikintinə icazəni şəhər idarəsindən almışdır.
Tikinti zamanı binanın fasadına kolonna əlavə edilmiş pəncərələr venesiya stinində quraşdırılmışdır. Binada bu zaman 62 otaq vardı.
- Qreçeskaya küçəsi, 76. Bir mərtəbəli bina, venesiya pəncərələrinə sahib olmuşdur. Üstəlik lepka elementləri ilə bəzədilmişdi. Tarix və mədəniyyət abidəsi elan edilmişdir. Bina 180-cı illərdə mühəndis Vafey tərəfindən eklektika stilində inşa edilmişdir.
- Qreçeskaya küçəsi, 85. Bina 1860-cı ildə inşa edilmişdir. Şəhərin gözəl binalarından biridir. Bölgə klassizmi syilində inşa edilmuşdir.
- Petrovskaya küçəsi, 70. 1840-cı ildə cənub-rus klassizmi stilində inşa edilmişdir. İko mərtəbədən ibarətdir.
- Anton Qluşko xiyabanı, 8. İvan Varvasi tərəfindən 1840-cı ildə inşa edilmişdir. Bu xiyaban ərazisində ilk bina olmuşdur. Hündür təməllər üzərində qurulmuşdu[1]. Oda məlumdur ki, binanı 1860-cı ildə Anna Dikikaki satın almışdır. Öz dövründə bu binada Anton Çexov muzeyinin təsisçisi Mixail Andrev-Turkin yaşamışdır.
- Вся Область Войска Донского на 1900 г. Ростов-на Дону, 1900 г., стб. 270
- Вся Донская область и Северный Кавказ на 1904 г. Ростов-на-Дону, 1904 г., стб.235
- Вся Донская область и Северный Кавказ на 1905 г. Ростов-на-Дону, 1905 г., стб. 202
- Вся Область Войска Донского на 1907 г. Ростов-на-Дону, 1907 г., стб. 218
- Вся Донская область и Северный Кавказ на 1909 г. Ростов-на-Дону, 1909. г.. стб 244
- Энциклопедия Таганрога. Таганрог: Антон, 1998. 624 с. ISBN 5-88040-017-4.
- Гаврюшкин О.В. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000 г., сс. 259-262.