Vasif Əliyev (professor)

Vasif İsmayıl oğlu Əliyev (d.1929, Azərbaycan, Naxçıvan - ö.1982, Azərbaycan) — Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri, geologiya-mineralogiya elmləri doktoru, professor.

Vasif Əliyev
Vasif İsmayıl oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Azərbaycanın Naxçıvan
Vəfat tarixi
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi professor
Elmi adı geologiya-mineralogiya elmləri doktoru

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əliyev Vasif İsmayıl oğlu 1929-cu ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1952-ci ildə Azərabycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunun aspiranturasına qəbul olunur. 1952-1957-ci illərdə Azərbaycan EA Geologiya İnstitunda işləmişdir. 1955-ci ildə "Çiraqidzor-Toqanalı filiz sahəsinin kolçedan yataqlarının filizətraflarının dəyişməsi və struktur-tektonik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlamışdır. 1976-cı ildə "Kiçik Qafqazın kolçedan filiz formasiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Ömrünün son 5 ili ərzində "Kristalloqrafiya, mineralogiya və geologiya" kafedrasına başçılıq etmişdir. Azərbaycanda kolçedan yataqlarının və metasomatitlərin öyrənilməsi sahəsində ilk mütəxəssislərdən biri olan V.Əliyev Kiçik Qafqazın kolçedan yataqları süxurlarının mineralogiyasını, geokimyasını və filizətraflarını tədqiq etmiş və kolçedan filizlərinin yerləşdiyi perspektivli sahələrin aşkarlanması üçün kriterilər işləyib hazırlamışdır. V.Əliyev 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və bir neçə tədris vəsaitinin müəllifidir.

  • Azərbaycanın geoloq və geofizik alimləri, "Nafta-Press" nəşriyyatı, 2004