Vasili Suxomlinski (ukr. Василь Олександрович Сухомлинський; rus. Василий Александрович Сухомлинский; 28 sentyabr 1918-2 sentyabr 1970) — sosialist əməyi qəhrəmanı, ukraynalı yazıçı.
Suxomlinski Ukraynnın Omelnyk kəndində kəndli ailəsində dünyaya gəlib, 1933-cü ildə yeddiillik Vasili ibtidai məktəbini bitirdikdən sonra yerli tibb texnikumuna daxil olub. Lakin o, buradakı təhsilini yarımçıq qoyub və Robitfaka qəbul olunub.
1935-ci ildə o doğma kəndində müəllim kimi işə başlayıb. 1938-ci ildə Poltava Pedaqoji İnstitutuna qəbul olub və həmin il də məzun olub. Təhsilini başa vurduqdan sonra doğma kəndinə qayıdıb, Onufriyev orta məktəbində Ukrayna dili və ədəbiyyatı müəllimi işləyib. II dünya müharibəsi zamanı könüllü cəbhəyə yollanıb. 1942-ci ilin yanvar ayında Moskvanın müdafiəsi zamanı ağır yaralanıb.
Bundan sonra Ufa orta məktəbinin direktoru olub. 1944-cü ildə Ukrayna faşist Almaniyası işğalından azad olunandan sonra Regional Xalq Təhsili Direktoru vəzifəsinə təyin edilib. 1947-ci ildə (öz xahişi ilə) Pavliş şəhərində buradakı orta məktəbin direktoru olub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.
Suxomlinskinin təhsil sisteminin əsas təməlini təhsilə mənəvi yanaşma təşkil edirdi. Bu mənəvi yanaşmaya görə onun tələbələri insan münasibətlərinə, təbiət gözəlliyinə həssas yanaşır, ətraf mühitə münasibətdə məsuliyyətli davranırdılar.[1]
Suxomlinski çalışıb hər bir uşağın uşaqlıq dövrünün uzadılmasını vacib sayırdı. Onun fikrincə uşaqların saflığını qorumaq üçün, onlarda dünyaya müsbət baxış formalaşdırmaq önəmlidir.