Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Vaskulyarizasiya və innervasiyası Xaya və onun artımı iki mənbədən qidalanır: xaya arteriyası — lat. art. testicularis və lat. art. ductus deferentis. Xaya arteriyası qarın aortasından və lat. art. ductus deferentis isə göbək arteriyasından başlayaraq xaya nahiyəsində bir-biri ilə anastomozlaşır. Venoz qan xaya və artımından dörd yolla axır. xaya qişalarından — xarici toxum venası — lat. v. spermatica externa, xaya artımı quyruğundan — toxum daşıyıcı axacaq venası (lat. v. ductus deferentis) ilə xaya artımının cismi ilə başından xaya artımı venası (lat. v. epididymica) və xayanın önündən xaya venaları tənəyəbənzər kələf — lat. plexus pampiniformis əmələ gətirir. bu kələf toxum ciyəsi ilə gedərək qasıq kanalının səthi halqasında əvvəlcə cüt, sonra isə tək xaya venasını — lat. v. testicularis əmələ gətirir. xayadan yığılan limfa damarlarının bir qismi xayanın orta divarına yığışır və digər qismi ağlı qişanı dələrək seroz qişa altındator təşkil edir. xayanın orta divarına və serozaltı tora toplanan limfa xaya artımının limfa damarlarına keçir; bu damarlardan 4–6 ədəd böyük limfa damarları əmələ gətirir ki; bunlar da toxum ciyəsi ilə gedərək qasıq kanalından qarın boşluğuna daxil olur və bel limfa düyünlərinə (lat. nodi Lymphatici lumbales) açılır. Xaya öz sinirlərini xaya arteriyası və toxum daşıyıcı axacaq arteriyası üzərində əmələ gələn kələflərdən — lat. plexus testicularis et deferentialis alır.
Bu məqalə qaralama halındadır. |