Vayşeşika

Vayşeşika (sanskr. वैशेषिक, vaiśeṣikaIAST, "fərqli", "fərqlənən") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri. Məktəbin əsası əsl adı Uluka olan müdrik Kanada (e.ə. III—II əsrlər) tərəfindən qoyulmuşdur. Vayşeşika öz adını "vişeşa" (xüsusiyyət) sözündən almışdır. Kanada adı atomları yeyən mənası verir.

Vayşeşika sisteminin əsas xüsusiyyəti onun buddist fenomenalizminə düşmən münasibət bəsləməsindədir.