Vaynay Sadayuki

Vaynay Sadayuki (和井内貞行?, 29 mart 185816 may 1922) – Yaponiya balıq seleksiyaçısı. Heç bir balığın yaşaya bilməyəcəyi düşünülən Tovada gölü üçün alabalıq cinsi yetişdirməsinə görə tanınır.[1]

Vaynay Sadayuki
yap. 和井内 貞行
Doğum tarixi 29 mart 1858(1858-03-29)
Vəfat tarixi 16 may 1922(1922-05-16) (64 yaşında)
Fəaliyyəti iş adamı

1858-ci ildə Yaponiyanın Mutsu əyalətində (hazırda Akita prefekturası) anadan olub.[1] 1884-cü ildə Tovada gölü üçün iki karp cinsi yetişdirsə də, uğur qazana bilməyib.[1] 1902-ci ildə Hokkaydonun Şikotsu gölündən gətirilmiş nerkaları gölə uyğunlaşdırmağa çalışıb.[1] 1905-ci ildə nəhayət göl üçün balıq cinsi yetişdirməyi bacarıb.[1] Daha sonra Yaponiyada bir çox balıq yaşamayan gölə də bu cinsi təqdim edib.[1] Yetişdirdiyi balıq cinsi onun şərəfinə Vaynay alabalığı kimi tanınır.[1]

1922-ci ildə ölmüşdür.[1]

  • Kodansha Encyclopedia of Japan. VIII cild. Tokio: Kodansha. 1983. səh. 201. ISBN 0-87011-628-2. İstifadə tarixi: 8 mart 2021.