Vayxır (bulaq)

VayxırBabək rayonu ərazisində, Naxçıvan şəhərindən 17 km şimalda, kəndin şimal-qərbindəki okean səviyyəsindən 1100 m. yüksəklikdə çıxan bir neçə mineral bulaq və həmin bulaqlardan çıxan mineral su.

Minerallaşma dərəcəsinə görə 2 tipə ayrılır:

  1. minerallaşma dərəcəsi 7,4 q/l
  2. xloridli-hidrokarbonatlı-sulfatlı-natriumlu-kalsiumludur[1]

4 əsas buruq quyusundan çıxan suyun gündəlik debiti 3,2 mln/l-dir. Mikroelementlərlə çox zəngindir: brom 1-4,3, yod 0,2-0,8, dəmir 3, arsen 1,5-2,8, mis 0,5, sink 0,07, stronsium 3 mq/litrdir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, diatez, şəkər diabeti, zob, sümük və oynaq və digər maddələr mübadiləsi pozuntuları zamanı istifadə edilir.

İkinci qrupdan olan bulağın suyu "Sirab" mineral suyu kimi zəif minerallaşmış karbonqazlı, hidrokarbonatlı, kalsiumlu-natriumludur. Vayxır mineral bulaqları 1972-ci ildə elmi şəkildə öyrənilərək, orada 1985-ci ildə Vayxır Mineral Su Zavodu yaradılmışdır. 1987-ci ildən "Vayxır" mineral suları 0,5 litrlik şüşə qablarda sənaye üsulu ilə istehsalına başlanmışdır.

Vayxır mineral sularından daxili xəstəliklərin müalicəsində qaraciyər (hepatiti), öd kisəsi iltihabı, xroniki qastiritlər, xroniki kolitlər və.s müalicəsində (sutkada 0,5 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir.

Vayxır suyunun osmotik qatılığı, insandakı qan plazmasının qatılığına uyğun gəldiyindən daxili xəstəliklərin müalicəsində əvəzolunmaz təbii mineral sudur.

  1. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. Bakı 2006
  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.