Vayxır mədənləri — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində aşkar olunmuş qədim mədənlər.
I və II Kültəpə yaşayış yerlərinin yaxınlığında oval çalalardan ibarətdir. Burada filizin saflaşdırılması nəticəsində əmələ gəlmiş süxur yığınlarının toplandığı sahədə (1,2 km2) kəşfiyyat qazıntıları zamanı daş çəkic, boz rəngli gil qab qırıqları aşkar olunmuşdur. Tapıntıların e. ə. II minilliyə aid olması ehtimal olunur.[1]