Vayxır piri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində ziyarətgah.
Vayxır piri xalq arasında künbəz adlanır. Pirin binası bişmiş kərpiclə üzlük çəkilməklə bərpa edilmişdir. Bina dairəvi formadadır. Girişi ş. tərəfdəndir. Girişin hər iki tərəfində olan dördkünc formalı sütunun üzərində tağşəkilli ocaq düzəldilmişdir. Pirin divarında taxçalar vardır. Binanın dam örtüyü konusvarı formada olub, dəmirdən hazırlanmışdır. İçərisində iki qəbir vardır. Rəvayətə görə qəbirlər müqəddəs insanlara aiddir. Vaxtilə qəbir daşlarında olan yazılar oxunmaz hala düşmüşdür. Piri XVIII–XIX əsrlə aid etmək olar.[1]