Veb brauzerin tarixçəsi

Kompüter elmlərində veb səyahət tarixçəsi istifadəçinin son zamanlarda daxil olduğu veb səhifələr haqqında məlumatların (səhifənin adı, keçidi, ziyarət olunma vaxtı) tarixçəsini nəzərdə tutur. Bunlar veb səyyah proqramları tərəfindən avtomatik olaraq qeydə alınır. Bunun qeydə alınmasında məqsəd istifadəçiyə ziyarət olunmuş səhifəyə bir düymə ilə geri qayıtmağa, eləcə də daha əvvəllər ziyarət olunmuş səhifəyə daha asanlıqla daxil olmaq üçün şərait yaradır. Bu tarixçə müəyyən müddətdə brauzerin yaddaşında qalır.