Vedmak (ağac)

Vedmak
pol. Wiedźmin
Ölkə Polşa
Şəhər Komorov

Vedmak (pol. Wiedźmin), həmçinin Meşko (pol. Mieszko) —— Polşanın Lyobuş voyevodinası, Krosnenski rayonu, Komorov kəndində böyüyən hamar qarağac ağacı. Avropanın ən böyük qarağacı olaraq, rəsmiləşdirilmişdir.

Ağacın adı Andjey Sapkovskinin eyni adlı romanının adı ilə adlandırılmışdır. Bu ad yerli səsvermənin nəticələrinə əsasən seçilmişdir. İkinci adı olan «Meşko» Polşa şahzadəsi I Meşkonun şərəfinə adlandırılmışdır. Bu ad yerli meşəbəylər tərəfindən istifadə olunur.

Ağacın daxilində enli bir boşluq mövcuddur. Gövdənin qalınlığı 1,3 m yüksəklikdə 930 sm-ə çatır (2011-ci il məlumatına görə). Keçmişdə Vedmakın hündürlüyü 35.5 metrə çatsa da, ağacın hündürlüyü hazırda 19 m-ə çatır. Belə fərqin əsas səbəbi, ildırım çaxması zamanı ağacın tacının bir hissəsinin məhv edilməsidir. Bu hadisə 2004-cü ildə baş vermişdir. Ağacın yaşı dendroxronoloqistlərin sözlərinə görə, 2016-cı ildə ən azı 463 ildir.

Ağac Sezar Patsinyak tərəfindən tərtib edilən, 1992-ci ildən bəri Polşadakı ən qədim ağaclar siyahısında qeyd olunur. 1984-cü ildə alınan məlumatlara görə, ağacın hündürlüyü 35 m, gövdəsinin ətrafı 887 sm-ə çatır, yaşı isə 431-dən çox olmuşdur. Ağacın yaşı ilə bağlı araşdırmalar sonralarda aparılmışdır. Ağacıq təsvirləri və ölçüləri dərcə alınmışdır. Ağac əsasən Polşa ağacları 2014 və Polşa ağacları 2016 dərclərində qeyd edilmişdir.

Vedmak 1971-ci ildən bəri təbii bir abidə olaraq qorunur[1]. Komorov şəhərində Vyazov küçəsində yerləşir (2017-ci ilə qədər küçə Karol Sverçevski adını daşıyırdı)[2]. Ağacın ətrafı vandallardan qorunmaq üçün metal məhəccərlərlə əhatələnmişdir. Ağacın yanından yol keçir[3].

  • Paweł Zarzyński, Robert Tomusiak, Krzysztof Borkowski. Drzewa Polski. — Warsz.: PWN, 2016. — ISBN 978-83-01-18438-4.
  • Krzysztof Borkowski. Polskie drzewa. — Poznań: DALPO, 2014. — ISBN 978-83-61766-08-7.
  • Paweł Zarzyński, Robert Tomusiak. 90 drzew - Okazy niezwykłe. — Warsz.: Centrum Informacyjne Lasów Państwowych, 2014. — ISBN 978-83-63895-16-7.
  1. "Rejestr form ochrony przyrody województwa lubuskiego". RDOŚ Gorzów Wielkopolski. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-08.
  2. "Uchwała Rady gminy Gubin nr XXIX/184/2017 z dnia 30 sierpnia 2017 r. w sprawie zmiany nazwy ulicy na terenie wsi Komorów" (PDF) (polyak). 2017-08-30. 2018-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-11.
  3. Szlakiem krzyży pokutnych po obu stronach Odry: kamienne zabytki dawnego prawa : informator-przewodnik turystyczny terenu Euroregionu-Sprewa-Nysa-Bóbr, s. 9