Veksilloid

Roma imperiyasının S.P.Q.R. simvollarından ibarət veksillumu .

Veksilloid — ölkələrin, təşkilatların, şəxslərin simvollarını təsvir edən ştandart.

1958-ci ildə veksilloloq Vitni Smit veksilloidi aşağıdakı kimi təyin etmişdir: "Bayrağın funksiyalarını yerinə yetirən, lakin müəyyən mənada, adətən görünüşü ilə fərqlənən əşya. Veksilloidlər ənənəvi cəmiyyətlərin xarakterik xüsusiyyətidir və tez-tez heyvan fiqurları kimi üstündə emblem olan pankarta bənzəyir". "Veksilloid" bayraq olmayan hər hansı bir bannerə xitab etmək üçün geniş şəkildə istifadə edilə bilər. İlk ən sadə protoveksilloidlər, sonrakı bayraqların və veksilloidlərin qabaqcılları məğlub edilmiş düşmənlərin qanına səpilmiş parçalar olması ehtimal edilir.[1] Orta əsrlərin sonlarında, 1100–1400-cü illərdə bayraqlar əsasən veksilloidləri əvəzləmişdir. Bununla belə, veksilloidlər hələ də xüsusi məqsədlər üçün və ya küçə paradları zamanı, həmçinin hərbi hissələr tərəfindən və ya təşkilatların simvolu kimi istifadə olunurdu.[2]

  1. "Vexilloids". 2016-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.
  2. Smith, Whitney. Flags Through the Ages and Across the World. New York: McGraw-Hill Education. 1975. ISBN 0-07-059093-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]