Vektor displeyi

Vektor displeyi arxitekturası

Vektor displeyi (vector display) – ekranda görüntünü yaratmaq üçün elektron şüasını x-koordinatı və y-koordinatı üzrə sapdıran elektron-şüa borusu. Məsələn, vektor displeyində xətt çəkmək üçün videoadapter siqnalları sapdıran qurğuya göndərir ki, elektron şüası xətt boyunca hərəkət etsin; darama sətirlərindən ibarət heç bir fon yoxdur, ona görə də ekrana çıxarılan xətt piksellərdən yaranmır. Vektor displeylərindən, adətən, ossilloskoplarda və DVST (DIRECT-VIEWING STORAGE TUBE) displeylərində istifadə olunur.

24 saatlıq formatda olan saatın ossilloskopda vektor displeyi (vektor monitoru) kimi qurulması

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Vektor displeyi haqqında

Vektor displeyi